“Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” – bu sözlər Ulu öndər Heydər Əliyevə məxsusdur. Ümummilli liderimiz daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz Ulu öndərin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanmışdır. İnkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olmuşdur. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir.
Təhsil sahəsi daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident qeyd edir ki, “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın.
Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları: 2005-2009-cu illərdə məktəblərin avadanlıqlarla təmin olunması, 2008-2012-ci illərdə məktəb tikintisi, təhsil sisteminin informasiyalaşdırılması, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi oldu. Qəbul olunmuş Dövlət Proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilb istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramlarında öz əksini tapdı.
Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın adı təhsilə aid çoxsaylı layihələrlə bağlıdır. Heydər Əliyev Fondu Azərbaycanın təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikdirib, təmir etdirib, bu müəssisələr yüksək standartlar səviyyəsində təchiz olunub.
Şəhərimiz daim ölkə başçısının diqqət mərkəzindədir. Cənab Prezident dəfələrlə şəhərimizə səfərlər etmişdir, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, Cümə məsçidində əsaslı təmir işləri və Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Eyni zamanda, ölkə Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin və “Gilan” Tekstil Parkının açılış mərasiminə qatılmışdır. Mərasimdə dövlət başçısı demişdir: “Sumqayıt doğrudan da gözəlləşir, müasirləşir. Gözəl parklar salınır, binalar təmir olunur, istirahət yerləri, bulvar salınır. Yəni doğrudan da müasir şəhərə çevrilir. Sumqayıt bir böyük sənaye mərkəzi kimi artıq inkişaf yolundadır. Burada həm ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi olaraq inkişaf edir. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir.
Sumqayıt isə Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Prezident İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, Sumqayıt gələcəkdə dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır. Bu gün Sumqayıt əhalisi təhsilimizdə gedən inkişaf prosesində, əhalinin rifah halının gündən-günə yüksəlməsinə görə cənab Prezidentə minnətdardırlar.
İlahə Həsənli
Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru