"Facebook" sosial şəbəkəsi daha bir yenilik edib. Belə ki, şirkət video üçün yeni səs kolleksiyası yaradıb.
Ulusəs-in Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, "Facebook"un yeni səs kolleksiyası istifadəçilərin video üçün musiqilər seçməsinə yeni imkanlar yaradır.
Sosial şəbəkədə video üçün musiqini seçmək imkanı əvvəl az idi və ya musiqinin satın alınmasına görə ödəniş tələb olunurdu. Lakin artıq buna ehtiyac olmayacaq. "Facebook" öz istifadəçiləri üçün ödənişsiz min musiqisi olan səs kolleksiyası yaradıb.
Ş.M.