• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ailə Həkimi Klinikası - Qaraciyərdə xəstəliyin olmasını necə bilmək olar?

Tarix : 21-02-2018, 18:13 Oxunub : 1 087 Bölmə :gundem / sosial / musahibe / ust / manset
Ailə Həkimi Klinikası - Qaraciyərdə xəstəliyin olmasını necə bilmək olar?


























Qaraciyərdə xəstəliyin olmasını necə bilmək olar?
Qaraciyər xəstəlikləri çox təhlükəli hesab olunur. Çünki, onlar uzun müddət ərzində davam etdikdə, qaraciyər sirrozu yarana bilər.
Bu xəstəliyin əsas nəticəsi isə, qaraciyər hüceyrələrinin tədricən məhv olmasıdır (ölməsidir). Bu zaman qaraciyər tədricən tələf olduğü üçün, onunla birgə insan da həlak olur.
Qaraciyər xəstəlikləri adətən, uzun müddət ərzində özlərini büruzə vermirlər. Məlum olduğu kimi, bu və ya digər orqanda nasazlıq olmasının əsas əlaməti ağrı hesab olunur. Bir çox hallarda məhz ağrının olması, adətən bizi öz sağlamlığımız barədə düşünərək, həkimə müraciət etməyə məcbur edir. Ancaq əfsuslar olsun ki, qaraciyərdə ağrı reseptorları yoxdur. Buna görə də qaraciyərdə hər hansı bir patoloji proses baş versə da, siz heç bir ağrı hiss etməyəcəksiniz. Ağrı yalnız, qaraciyərin böyüməsi nəticəsində, onun kapsulasının (xarici qişası) dartılması zamanı meydana çıxa bilər. Qaraciyərdən fərqli olaraq onun xarici qişasında sinir hüceyrələri mövcuddur. Buna görə sağ qabırğaaltı nahiyyədə ağrıların olması, qaraciyərin hər hansısa patoloji prosesə məruz qalmasının əlamətidir.
Bundan savayı, aşağıdakı əlamətlər də qaraciyərdə patoloji prosesin olmasını göstərə bilərlər:
- Əksər hallarda kəskin hepatit (viruslu və ya toksik) və qaraciyər sirrozu zamanı dərinin, skleranın (gözün ağlı qişası), dilin saralması qeyd edilir. Bəs, bu cür saralmanın səbəbi nədir? Məsələ bundadır ki, qaraciyərin normal fəaliyyəti pozulduğu halda, qanda, zülalların parçalanma məhsulu olan bilirubinin miqdarı artmağa başlayır ki, bu da dərinin, skleranın və selikli qişaların saralmasına səbəb olur.
- Oynaqlarda və əzələlərdə ağrılar, dəridə qaşınma, göynəmə, səpgilərin olması, əl və ayaq barmaqlarında dırnaqların formasının dəyişməsi və rənginin tüntləşməsi kimi əlamətlərin olması, qaraciyərin pis işləməsi nəticəsində orqanizmdə baş verən intoksikasiyanın (zəhərlənmənin) olmasını göstərir;
- Qaraciyərin bir çox xəstəlikləri üçün iştahasızlıq, qıcqırma, ürəkbulanma, bəzən qusma, qarının köpməsi, yağlı qidaların qəbuluna dözümsüzlük əlamətləri də xarakterik hesab olunur.
- Qaraciyər, qandan toksinlərin və və zəhərlərin xaric etməsi kimi vəzifəsini normal şəkildə icra edə bilmədikdə, bu maddələrin bir hissəsi qanda qalaraq beyinə də çatır. Məhz buna görə, qaraciyər xəstəliyinin tez-tez təsadüf edilən əsas əlamətlərindən biri də, sinir-psixi pozğunluqlar hesab olunur. Xəstədə baş ağrısı, başda ağırlıq, başgicəllənmə, emosiyalarda dözümsüzlük, həddindən artıq olan inciklik, hər şeydən şübhələnmək, əsassız olan qəzəblənmə kimi əlamətlər meydana çıxır. Buna görə sizdə bu əlamətlər baş versə, sadəcə olaraq sakitləşdirici dərmanlar qəbul etməkdənsə, qara ciyəri yoxlamq daha yaxşı olar.
Əlbətdə ki, sadalanan əlamətlər digər xəstəliklərə də xas ola bilərlər. İctənilən halda tez bir zamanda qastroenteroloqa müraciət edərək öz şübhələriniz barədə ona məlumat vermək lazımdır.
Ailə Həkimi Klinikası - Qaraciyərdə xəstəliyin olmasını necə bilmək olar?


























Firəngiz Rüstəmova
Avropa Təbii Elmlər Akademiyasının üzvü, "Ailə Həkimi Klinikası"nın həkimi, mama-ginekoloq

Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Ailə Həkimi klinikası - Yumurtalıq kistaları

    Ailə Həkimi klinikası - Yumurtalıq kistaları ...

    21-02-2018, 18:09

  • Sabiq nazirlərin arzuları ürəyində qalıb...

    Sabiq nazirlərin arzuları ürəyində qalıb... ...

    4-02-2018, 16:57

  • Ürəyimiz sözümüzə baxmır... - Nə edək?

    Ürəyimiz sözümüzə baxmır... - Nə edək? ...

    25-01-2018, 08:53

  • İki qurum necə birləşəcək?

    İki qurum necə birləşəcək? ...

    19-01-2018, 09:01

  • Sosial şəbəkələrdə bu fotolara baxarkən diqqətli olun!

    Sosial şəbəkələrdə bu fotolara baxarkən diqqətli ...

    8-01-2018, 08:37



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

  • Vüqar Hüseynov Ad gününüz mübarək!

    Vüqar Hüseynov Ad gününüz mübarək!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!