Bu gün parlamentin iclasında “Milli Məclisin deputatı” haqqında statusa dəyişiklik edilib.
Parlamentin Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin təklif etdiyi dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigeyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir.
Deputatlar səsvermə yolu ilə dəyişikliyi qəbul ediblər.
“Qafqazinfo”