WTI markalı neftin may fyuçerslərinin qiyməti 57% ucuzlaşaraq bir barelə görə, 7,85 dollar olub.
Neftin bu növü tarixdə ilk dəfə 8 dollardan aşağı düşüb.
“Brent” markalı neft isə 5,3% ucuzlaşma ilə bir barelə görə 26,58 dollar olub.
***
WTI markalı neftin qiyməti rekord həddə ucuzlaşaraq bir barelə görə 1 dollara düşüb. Hazırda neftin qiyməti 1-2 dollar arasında dəyişir.
***
WTI markalı xam neft 107, 83% ucuzlaşaraq bir barelə görə mənfi 2,03 dollara düşüb.
***
WTI markalı neft 316% ucuzlaşma ilə bir barelə görə mənfi 39,55 dollar olub.
***
ABŞ neftinin bir barelinin qiyməti mənfi 37,63 dollara düşüb.
***
Saat 04:07-yə olan məlumata görə, WTI markalı neftin may fyuçerslərinin qiyməti 160% bahalaşıb və hazırda 1 bareli 2,21 dollara satılır.