Moskvada son sutka ərzində koronavirusdan daha 71 pasiyent vəfat edib. “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiyanın paytaxtında koronavirus qurbanlarının sayı 1 503-ə yüksəlib.
Rusiyada ümumilikdə 272 043 yoluxma, 2 537 ölüm halı qeydə alınıb. Tibb müəssisələrində 206 340 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir. Daha əvvəl koronavirusa yoluxmuş 63 166 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.