"Ədalət yolu" qəzətinin və "Edaletyolu.az" xəbər portalının rəhbəri və əməkdaşları
Şəhid General Polad Həşimov və Polkovnik İlqar Mirzəyevin ikinci fəxri xiyabandakı məzarını ziyarət etdilər.
Qəzetin rəhbəri Yasəmən Qəyyumlu möhtəşəm şüar səsləndirdi :
"Fəxrdi dayanmaq şərəfli kişilərin məzarı başında".
Şəhidlərin ruhuna dualar oxundu.
"Ədalət yolu" qəzətinin və "Edaletyolu.az" xəbər portalının baş redaktoru, "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai birliyinin sədr müavini, şairə və ictimai xadim Yasəmən Qəyyumlu Şəhidlərə həsr etdiyi şeiri məzar başında söylədi.
Şəhidlər can verir vətən yolunda
Sinəsi dağlıdı Azərbaycanın,
Yenə qan tökülür, yenə can gedir.
Köksü parçalandı gör neçə canın,
Öndə qeyrət gedir, pak vicdan gedir.
Şəhidlər can verir, vətən yolunda,
Oğullar dağ olur ana qoynunda,
Yenə də yas düşüb Azərbaycanda,
Bir-bir aramızdan pak insan gedir.
Bayraq bağlanıldı neçə tabuta,
Çoxu toysuz cavan, neçəsi ata,
Əlvida dedilər şirin həyata,
Bir-bir aramızdan müsəlman gedir.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Fərid Faiqoğlu