Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmadan öncə iştirakçılar qruplara bölünüb. “Neftçi" və “Keşlə” Şimali Makedoniyanın “Şkupi”, Albaniyanın “Laçi” və Gürcüstanın “Dinamo” (Batumi) klublarından biri ilə qarşılaşacaq.
Səpələnməmişlər səbətindəki “Sumqayıt” isə Rumıniyanın “Universitatya Krayova”, Qazaxıstanın “Kayrat”, Şimali Makedoniyanın “Şkendiya” və Serbiyanın “Baçka Topola” klublarından biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.