Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, günün ən maraqla gözlənilən oyunu "Mançester Yunayted"lə "Milan" arasında olacaq. Bu qarşılaşma Avropa Liqasının erkən finalı da adlandırılır.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21:55. "Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya)
21:55. "Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)
21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya)
21:55. "Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)
00:00. "Qranada" (İspaniya) - "Molde" (Norveç)
00:00. "Tottenhem" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya)
00:00. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
00:00. "Roma" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
1/8 final mərhələsinin cavab oyunları martın 18-də keçiriləcək.