Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçiriləcək. Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Madrid "Real"ı öz meydanında "Atalanta"nı qəbul edəcək. İspanlar fevralın 24-də keçirilmiş ilk qarşılaşmada 1:0 hesablı qələbəyə seviniblər.
"Mançester Siti" pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Macarıstanda qəbul edəcək. Qarşılaşma Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq. Bu stadiondakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan “şəhərlilər” növbəti mərhələyə adlamaq üçün böyük üstünlüyə malikdir.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
00:00. “Real” (Madrid, İspaniya) – “Atalanta” (İtaliya)
Madrid, “Alfdredo di Stefano” stadionu. Baş hakim: Danni Makkeli (Niderland)
İlk oyun - 1:0
00:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
Budapeşt, "Puşkaş Arena". Baş hakim: Sergey Karasyev (Rusiya)
İlk oyun - 2:0