Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçirilib. Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Madrid "Real"ı öz meydanında "Atalanta"nı qəbul edib.
İlk oyunda səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn ispanlar, cavab matçında da "Atalanta"dan üstün olub - 3:1.
"Mançester Siti" isə pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Macarıstanda qəbul edib. Budapeştdəki "Puşkaş Arena"da keçirilən qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra "Real"la "Mançester Siti" adını 1/4 finala yazdırıb.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
00:00. “Real” (Madrid, İspaniya) – “Atalanta” (İtaliya) - 3:1
Qol: K.Benzema, 34, Ramos, 59 (pen), Asensio, 85 - Muriel, 83
Madrid, “Alfdredo di Stefano” stadionu. Baş hakim: Danni Makkeli (Niderland)
İlk oyun - 1:0
00:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:0
Qollar: De Burune, 12, İlkay Gündoğan, 18
Budapeşt, "Puşkaş Arena". Baş hakim: Sergey Karasyev (Rusiya)
İlk oyun - 2:0