Antalyada təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışların ikinci günü Azərbaycan millisinin üç üzvü - Günel Həsənli, Murad Fətiyev və Zelim Tskayev mükafatlar uğrunda qüvvəsini sınayacaq.
Qadınlar
70 kq
1/16 final. Günel Həsənli - Mariya Bernabeu (İspaniya)
Kişilər
81 kq
1/8 final. Murad Fətiyev - Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi
1/16 final. Zelim Tskayev - Fetra Ratsimiziva (Madaqaskar)
Qeyd edək ki, turnirin ilk günü mübarizə aparmış 7 idmançımızdan yalnız Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. “Böyük Dəbilqə”yə sabah yekun vurulacaq.