Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə lider “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək.
Turun qapanış matçı isə “Sumqayıt”la “Sabah” arasında keçiriləcək.
Xatırladaq ki, ilk oyun günündə “Neftçi” səfərdə “Keşlə”yə 3:0, “Səbail” isə evdə “Qəbələ”yə 1:0 hesabıyla qalib gəlib.
Azərbaycan Premyer Liqası
25-ci tur
4 may
“Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Bakı. “Azersun Arena”, 18:00.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev.
Sumqayıt. “Kapital Bank Arena”, 20:15.