Futbol üzrə Türkiyə kubokunun 1/8 final mərhələsinin “Boluspor” - “Qalatasaray” matçı təxirə salınıb.
Buna səbəb Türkiyə ərazisində hökm sürən qeyri-sabit hava şəraitidir.
“Qalatasaray” rəsmisi Abdurrahim Albayrak bildirib ki, oyun sabah keçiriləcək.
Qarşılaşmanın dəqiq vaxtı ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.