Futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda “Akhisar Bələdiyyəspor” səfərdə “Ərzurumspor”un qonağı olub.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Kazım Qarabəkir” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 60-cı dəqiqəsində “Akhisar Bələdiyyəspor”un hücumçusu Elvis Manu hesabı açıb. Lakin meydan sahibləri 73-cü dəqiqədə İbrahim Akdağın vurduğu qol sayəsində hesabı bərabərləşdiriblər. Ərzurum təmsilçisi 77-ci dəqiqədə Giles Sununun vurduğu qolla hesabda önə keçib. Bu qol oyunda vurulan son qol olub. Beləliklə “Ərzurumspor” doğma meydanda “Akhisar Bələdiyyəspor”u 2:1 hesab ilə məğlub edib.