Qazaxıstan çempionatında XXVII turun oyunları davam edir.
Milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” da növbəti matçını keçirib.
Kustanay təmsilçisi səfərdə Karaqanda “Şaxtyor”u ilə üz-üzə gəlib.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ənənəvi olaraq qarşılaşmaya start heyətində başlayan Balayev 90 dəqiqə qapısının toxunulmazlığını qoruya bilib.
Oxu.Az