AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Uels yığmasının lideri Qaret Beyl qarşılaşmadan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ulduz futbolçu yığmamızda inkişaf hiss olunduğunu vurğulayıb.
- Aaron Remsinin milliyə dönməsinə münasibətiniz necədi?
- Remsinin yenidən heyətdə olması çox gözəldi. Bu, sevindirici haldı. O, “Yuventus” kimi böyük klubda çıxış edir. Belə davam etsə, orda möhkəmlənəcək.
- Özünüzü necə hiss edirsiniz?
- Özümü əla hiss edirəm. Ümid edirəm ki, bu cür də davam edərəm.
- Uzun illərdi xarici klublarda oynayırsınız. Yəqin ki, yığmanın oyunu zamanı evə qayıdanda sevinirsiniz...
- Milli komandada oynamaq həmişə şərəfdi. Yığmada oynamaq hər zaman xoşdu.
- Azərbaycan millisi barədə təəssüratlarınız necədi?
- Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar. Beş il əvvəlki ilə indiki Azərbaycan arasında fərq görürəm. Bu komanda daim inkişafdadı.