“Napoli”dən ayrılan Karlo Ançelotti “Everton”a baş məşqçi təyin olunub.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb. 60 yaşlı italyan mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Ançelotti 2024-cü ilin yayına qədər karyerasını İngiltərədə davam etdirəcək.