Maqaye Qeye mövsüm başa çatmamış yollarını ayırdığı “Qarabağ”la vida sözləri yazıb. Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fransalı hücumçu “İnstagram” hesabı vasitəsilə mesajı yayıb. “Qarabağ”ın heyətində kollektiv formada qol sevinci yaşadıqları şəkli paylaşan 30 yaşlı futbolçu mesajında “hər şey üçün təşəkkür edirəm. Gələcəkdə ən yaxşısını arzulayıram, “Qarabağ” deyə bildirib. Qeyd edək ki, “Qarabağ”a ötən il “Osmanlıspor”dan keçən Maqayenin müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.