“Neftçi” futbolçusu Soni Mustivarla yollarını ayırıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, Soni Mustivar “Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb.