"Unibank Kommersiya Bankı" BFB-nin "Listinq Məsləhət Proqramı" üzrə növbəti mərhələsinə start verib
Tarix : 5-12-2017, 08:45Oxunub : 637Bölmə :iqtisadiyyat
"Unibank Kommersiya Bankı" ASC Bakı Fond Birjasının (BFB) "Listinq Məsləhət Proqramı" (LMP) üzrə növbəti mərhələyə start verib.
BFB-dən bildiriblər ki, proqram çərçivəsində "Unibank Kommersiya Bankı" BFB-də listinqə qəbul üçün müraciət edib. "Unibank Kommersiya Bankı" ASC-nin müraciəti üzrə BFB-də listinq prosesi başlayıb. Listinq prosesi yekunlaşdıqdan sonra emissiya prospekti BFB-nin internet səhifəsi vasitəsilə paylaşılacaq.
Qeyd edək ki, yerləşdiriləcək istiqrazların sayı 1000 ədəd, nominal dəyəri 10 min dollar, istiqraz üzrə illik gəlirliliyi 6 faiz nəzərdə tutulur. İstiqrazlar üzrə faizlər istiqrazın nominal dəyərindən hesablanır və istiqrazların tədavül müddəti ərzində ardıcıl olaraq 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir.
BFB-nin təşkil etdiyi "Listinq Məsləhət Proqramı" şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır. "Unibank Kommersiya Bankı" ASC LMP-yə oktyabrda qoşulub. AZƏRTAC