• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan nümayəndə heyəti torpaqların konsolidasiyası ilə bağlı Türkiyənin təcrübəsini öyrənir

Tarix : 5-12-2017, 08:47 Oxunub : 695 Bölmə :iqtisadiyyat
Azərbaycan nümayəndə heyəti torpaqların konsolidasiyası ilə bağlı Türkiyənin təcrübəsini öyrənir
Azərbaycan nümayəndə heyəti torpaqların konsolidasiyası ilə bağlı Türkiyənin təcrübəsini öyrənir.

“Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və Salyanın Şorsulu kəndinin fermerləri Türkiyənin Dənizli şəhərində səfərdədir.

Səfərin ilk günü – dekabrın 4-də Dənizli şəhərində Azərbaycan nümayəndə heyəti və Türkiyənin bu sahə ilə bağlı qurum rəhbərləri, dövlət nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı FAO-nun beynəlxalq layihə rəhbəri Amin İsmayılov bildirib ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, Salyan rayonu Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü, həmçinin FAO ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi üzrə pilot ərazi seçilib. Pilot layihə çərçivəsində Şorsulu kəndinin fermerləri ilə seminarlar təşkil edilib, torpaqların konsolidasiyası mövzusunda məlumatlandırılıblar.

A.İsmayılov pilot layihə ilə bağlı təqdimatla çıxış edərək Şorsulu kəndi barədə məlumat verib.

Sonra Türkiyə tərəfinin təqdimatı dinlənilib. Təqdimat torpaqların konsolidasiyasının fermerlərə faydaları mövzusunda olub və fermerləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dördgünlük səfər zamanı torpaqların konsolidasiyasının tətbiq edildiyi ərazilərə baxış keçiriləcək. Həmçinin yerli dövlət nümayəndələri və hər iki ölkənin fermerləri arasında görüşlər də planlaşdırılıb.
Azərbaycan nümayəndə heyəti torpaqların konsolidasiyası ilə bağlı Türkiyənin təcrübəsini öyrənir
Azərbaycan nümayəndə heyəti torpaqların konsolidasiyası ilə bağlı Türkiyənin təcrübəsini öyrənir
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin oyunları keçirilib

    Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final ...

    11-12-2017, 08:49

  • Oqtay Əsədov: TürkPA ölkələrimizi bir-birinə yaxınlaşdıran səmərəli platformadır

    Oqtay Əsədov: TürkPA ölkələrimizi bir-birinə ...

    8-12-2017, 20:37

  • Tərtərdə bu günədək 9295,6 hektarda taxıl səpilib

    Tərtərdə bu günədək 9295,6 hektarda taxıl səpilib ...

    6-12-2017, 08:48

  • “İstanbul Prosesi”: “Asiyanın Qəlbi” bu dəfə Azərbaycanda döyündü

    “İstanbul Prosesi”: “Asiyanın Qəlbi” bu dəfə ...

    5-12-2017, 08:41

  • Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Avropa İttifaqının ...

    5-12-2017, 08:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

  • Vüqar Hüseynov Ad gününüz mübarək!

    Vüqar Hüseynov Ad gününüz mübarək!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!