Gəncə şəhərində 48 yaşlı kişi bıçaqlanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Ə.Həsənov mübahisə zəminində 2 bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Onu bıçaqlamaqda kürəkəni, 1997-ci il təvəllüdlü M.Babayev şübhəli bilinir.
M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.