Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Emin Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Babayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, E.Babayev “İnteqral” MMC-də ekspeditor vəzifəsində çalışıb. O, işlədiyi dövrdə şirəktin 288 min manat pulunu mənimsəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.