Abşeronda motosiklet 14 yaşlı oğlanı vuraraq xəsarət yetirib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Motosiklet yol kənarında dayanan piyada, 2005-ci il təvəllüdlü Əliyev Oqtay Vüsal oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.