Neftçalada bıçaqlanma hadisəsi olub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bıçaq xəsarətləri almış Ağcabədi rayon sakini, 1984-cü il təvəllüdlü Səfərov Orxan Cəlal oğlu Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Deyilənlərə görə, o, rayonda kirayədə yaşayırmış.
Ona xəsarət yetirən şəxsin kimliyi müəyyən olunmayıb.
Faktla bağlı araşdırma aparılır.