Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza martın 1-də saat 19 radələrində qeydə alınıb.
Bakı şəhər sakini Daşqın Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili elektrik dirəyinə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.