Gəncədə yaşayış evindən meyit tapılıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Eyyub Tağıyevin meyiti onun yaşadığı “DOS102” adlanan ərazidəki evində aşkarlanıb. Gəncin hansı səbəbdən öldüyü dəqiq bilinməsə də, onun ürəktutmadan vəfat etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.