Ukrayna Ali Radasının deputatı Valeri Davidenko Kiyevdəki ofisində ölü tapılıb. ulusestv.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatı xəbər verib.
Məlumatı Daxili İşlər nazirinin müavini Anton Qeraşenko “RBK-Ukrayna”ya təsdiqləyib. Onun sözlərinə görə, hüquq mühafizə orqanları hadisənin bütün mümkün versiyalarını (qətl, intihar, səhnələşdirmə və s.) yoxlayacaq.
Polis əməkdaşları "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi qaldırıb. Hadisə yerində mütəxəssislər işləyir.