Kartof və soğanın müntəzəm qəbulu mədə xərçənginin inkişaf riskini aşağı salır.ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu qənaətə Çjetsyansk Universitetinin mütəxəssisləri gəlib.
Çinli alimlər gündəlik rasionla mədə xərçənginin bağlılğı haqda 76 araşdırmanın nəticələri ilə tanış olub. 6 milyondan çox insanın qidalanması barədə məlumatlar analiz edilib. Nəticədə məlum olub ki, kartof və soğan sevən insanlar bu tərəvəzlərdən az istifadə edənlərdən üç dəfə az mədə xərçəngindən əziyyət çəkib.
Bununla yanaşı alimlər digər qanunauyğunluğu üzə çıxarıb. Belə ki, onların nəticələrinə əsasən, şoraba və alkoqolun həddindən artıq çox istifadəsi mədə xərçənginin inkişaf riskini artırır.