Türkiyənin tanınmış aktyoru Rasim Öztəkin dünyasını dəyişib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca tvitterdə məlumat verib.
Onun sözlərinə görə, aktyor keçirdiyi infarktdan sonra Toraks və Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasında həkimlərin bütün müdaxilələrinə baxmayaraq, dünyasını dəyişib.
“Televiziya olan hər evdə ailədən biri idi. Başımız sağ olsun”, - nazir paylaşımında yazıb.
Qeyd edək ki, R.Öztəkin tamaşaçılara daha çox “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan tanışdır.