• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Prométhée - Prometey

Tarix : 4-07-2018, 10:49 Oxunub : 425 Bölmə :medeniyyet / ust / manset
Prométhée - Prometey

Bakı Pol Nadarın (1856-1939) obyektivində
Məşhur fransız fotoqrafı Pol Nadar elə fotoqraf ailəsində dünyaya gəlmişdir. Fotoqraf olan atası Feliks Nadarın (1820-1910) sənətini davam etdirmişdir. Feliks Nadar özü 1854-cü ildən etibarən o dövrün məşhur ziyalılarının foto-portretlərini çəkməklə məşhurlaşır. Bunların arasında yazıçılar Aleksandr Düma, Şarl Bodler, Gi de Mopassan, Jül Vern, Viktor Hüqo, bəstəkarlardan Hektor Berlioz, Riçard Vaqner, Jak Offenbax da vardı.
Atası kimi portret çəkməklə fotoqrafiya sənətinə başlasa da Pol Nadarı daha çox səyahətlər və ekzotik peyzajlar, uzaq ölkələr və mədəniyyətlər cəlb edirdi. Beləliklə o, ailəsinə məxsus Parisdəki atelyedən bir müddət uzaqlaşaraq 1890-cı ildə Orta Asiyaya yola düşür. Üç ay ərzində bu regionu gəzib dolanır. Buxarada, Daşkənddə, Səmərqənddə olur, Qara-Qum səhrasına gedib çıxır. Bu səyahət çərçivəsində o 1200-dən çox şəkil çəkmişdir.
Pol Nadar, Bakıya da elə Orta Asiya səfəri əsnasında gedib çıxmışdır. Avropadan Orta Asiyaya gedən yol əsasən Qafqazdan – Tiflis və Bakıdan keçirdi. Bakıya gələn Avropalı səyyahlar mütləq Bakıda bir neçə günlük dayanır, və sonra buradan gəmi ilə Orta-Asiyaya yola düşürdülər.
Pol Nadar Parisdən 1890-cü ilin avqust ayında məşhur Orient Express qatarı ilə yola düşür və İstanbula gəlir, Buradan isə Batuma, Tiflisə sonra isə Bakıya gəlib çıxır. O dövrdə Bakı dünyanın əsas neft mərkəzlərindən və Xəzərin ən böyük limanlarından biri idi. Bir sözlə Qafqaz əsas iqtisadi mərkəzi idi. Buradan keçən səyyahlar Atəşkəs məbədini, Balaxanı neft mədənlərini, Qız Qalasını, Şirvanşahlar Sarayını mütləq ziyarət edirdi. Nadarı çəkdiyi şəkillər arasında Bakı limanının, Bakı vağzalının şəkilləri çoxluq təşkil edir.
Nadarın səyahəti etdiyi dövrdə Zakaspi dəmir yolu (Закаспи́йская желе́зная доро́га) lap yenicə istifadəyə verilmişdi. Bu dəmiryolunun tikintisi və istifadəyə verilməs (1880-1891-ci illər) i o dövrün mühüm iqtisadi hadisələrindən idi. 1888-ci ildə açılışa Avropadan, o cümlədən Fransadan bir çox qonaq dəvət olunmuşdu. Açılışda iştirak etmiş fransızların bir çox geri qayıtdıqdan sonra xatirələrini yazıb dərc etdirmişdir ki, bunlar da o dövrə aid misilsiz məlumat qaynağıdır.
Pol Nadarın səyahətinin də birbaşa dəmiryolları ilə əlaqəsi olduğu düşünülür. Onun çəkdiyi şəkillər arasında müxtəlif vağzallar, texniki avadanlıqlar çoxdur. Belə bir teoriya var ki, o ora fransız dəmir yolu sənayesi üçün məlumat əldə etmək və foto-reportaj hazırlamaq üçün də göndərilə bilərdi. O dövrdə Fransa Afrikada – Saharadakı müstəmləkələrində dəmir yolu tikməyi planlaşdırırdı. Əldə etdiyi texniki məlumatlardan tikinti üçün istifadə edə bilərdi.
Və sonda onu da qeyd edək ki, Nadarın çəkdiyi fotolar, o dövrün fotolarından profesionallığı və keyfiyyəti ilə xüsusi fərqlənir. Bu da regionumuza səfər edən digər səyyahlardan fərqli olaraq onun profesional fotoqraf olmağı əlaqədardır.
Maraqlananlar üçün ədəbiyyat şərhdədir.
Prométhée - Prometey








Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Qara Qarayev

    Qara Qarayev ...

    1-07-2018, 10:37

  • Qəmər Almaszadə

    Qəmər Almaszadə ...

    26-06-2018, 12:02

  • Prométhée - Prometey

    Prométhée - Prometey ...

    21-06-2018, 12:30

  • Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin fransız dilində nüsxəsi

    Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal ...

    5-06-2018, 08:21

  • BARON DE BAY (1853 – 1931)

    BARON DE BAY (1853 – 1931) ...

    17-04-2018, 09:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

    Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!