SSRİ Xalq Artisti, Böyük Teatrın solisti, Rusiya Teatr Sənəti İnstitutunun vokal kafedrasının müdiri, professor Tamara Sinyavskaya martın 30-31-də ustad dərsləri keçəcək.
Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun saytına istinadla xəbər verir ki, ustad dərsləri Moskvada V.İ.Muradeli adına musiqi məktəbinin zalında təşkil ediləcək. Tədbirdə ali musiqi məktəblərinin vokal şöbələrinin tələbələri və musiqili teatrların gənc artistləri iştirak edə bilərlər.
Ərizələr aktiv iştirak üçün (yerlər məhduddur) martın 17-dək, passiv iştirak üçün martın 29-dək qəbul edilir.
AZƏRTAC