Martın 12-də Niyazinin mənzil-muzeyində maestronun adını daşıyan 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edəcək.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov bildirib ki, Novruz bayramına həsr olunmuş “Bir bahar ovqatı” adlı konsert Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.
Konsertdə şagirdlər tərəfindən bir-birindən parlaq ifalar – bəstəkar və xalq mahnıları səsləndiriləcək.
AZƏRTAC