İstanbul valisi Əli Yerlikaya koronavirus tədbirlərindən sonra şəhərdəki ümumi vəziyyətlə əlaqədar açıqlama verib.
Ulusestv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tətbiq edilən sərt karantin rejiminin müsbət təsir etdiyini bildirib: "COVİD-19 epidemiyasının ikinci dalğasının zirvəsini geridə qoyduq. Stasionar xəstələrin sayı yüzdə 40, reanimasiya şöbələrində yatanların sayı yüzdə 25 faiz azaldı. Tədbirlərə riayət edərək təcrid qaydalarını tətbiq etdiyimiz zaman sizə epidemiyanın gedişi ilə bağlı hər zaman müjdə verəcəyik".
Qeyd edək ki, Türkiyədə yeni qərarlara əsasən, Yenil gecəsi daxil olmaqla, 4 gün küçəyə çıxma qadağası tətbiq olunacaq.