• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Vətəndaş cəmiyyəti qurumları beynəlxalq təşkilatlara müraciət etdi

Tarix : 25-03-2021, 17:02 Oxunub : 162 Bölmə :siyaset / ust / manset
Vətəndaş cəmiyyəti qurumları beynəlxalq təşkilatlara müraciət etdi




















Martın 25-də BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafis Səfixanov, “Dayaq” Qeyri-Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.
Ulusestv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müraciətdə BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamağa çağırılıb: “30 il Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan Azərbaycan əraziləri talan edilməklə yanaşı, yandırılaraq məhv edilmişdir. Bu ərazilər sözün əsl mənasında ekoloji fəlakət dövrü yaşayır”, - deyə bəyanatda bildirilib.
Müraciətdə Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan 44 günlük müharibə nəticəsində azad edilən Azərbaycan ərazilərinin ciddi şəkildə mina problemi ilə üz-üzə qaldığı vurğulanıb.
“Son 4 ay ərzində 40-a yaxın mülki şəxs işğal altındakı ərazilərə, öz dədə-baba torpaqlarına, əvvəllər yaşadıqları ərazilərə, məzarlıqlara səfər edərkən minaya düşərək həlak olmuş və ya ağır yaralanmışlar. Erməni tərəfi etimad mühitinin yaradılmasına adekvat münasibət sərgiləmədən, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir,” - deyə bəyanatda qeyd edilib.
Bəyanatda erməni hərbi birləşmələri tərəfindən minaların əsasən hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırıldığı və mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törətdiyi qeyd edilib.
Vətəndaş cəmiyyəti qurumları belə bir həssas dönəmdə “Human Rights Watch” və bəzi beynəlxalq qurumları, gizli ölüm saçan mina təhlükəsini deyil, 2020-ci il 10 noyabr tarixli bəyanatın ardından Azərbaycanın işğaldan azad edilmiş ərazilərində insan tələfatı ilə nəticələnən təxribatlar törədən, münaqişənin həllini bilərəkdən pozmağa çalışan erməni hərbi birləşmələrinin əməllərinə haqq qazandırmağa çalışmasının yolverilməz olduğunu qeyd edirlər. “Bəzi beynəlxalq qurumlar Birinci Qarabağ müharibəsi zamanında Azərbaycan tərəfdən itkin düşən 3171 hərbi vəzifəlinin, 719 mülki şəxsin acı taleyinə biganə yanaşır, düşmən tərəfindən dağıdılaraq viran edilmiş yaşayış məntəqələrinin, mədəni obyektlərin, sosial infrastrukturun dözülməz vəziyyətinə göz yumurlar. Son döyüş əməliyyatları zamanı Gəncədə, Bərdədə, Tərtərdə Azərbaycanın digər şəhər və rayonlarında məskunlaşan mülki şəxslərə qarşı qadağan olunmuş kasetli bombalar, kimyəvi sursatlardan istifadəyə görə işğalçı tərəfə qarşı ittihamla çıxış etmirlər”.
Bəyanatın sonunda beynəlxalq təşkilatlar Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provokativ tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsinə, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə, bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmuş yerlərin xəritələrinin Azərbaycan tərəfinə verilməməsinə səssiz qalmamağa çağırılıb.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Nazirin Quterreşə məktubu BMT sənədi kimi yayılıb

    Nazirin Quterreşə məktubu BMT sənədi kimi yayılıb ...

    4-03-2021, 14:12

  • “Əcnəbi terrorçularla bağlı hesabat beynəlxalq təşkilatlara təqdim edilib”

    “Əcnəbi terrorçularla bağlı hesabat beynəlxalq ...

    29-12-2020, 13:29

  • Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq təşkilatlara müraciət

    Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq ...

    12-09-2020, 11:23

  • Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət etdilər

    Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət ...

    19-07-2020, 12:30

  • CƏMİLƏ ÇİÇƏK DANIŞDI: qloballaşan dünyada pandemiya böyük problemlər yaratdı

    CƏMİLƏ ÇİÇƏK DANIŞDI: qloballaşan dünyada ...

    27-05-2020, 21:22



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

    Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!