Polşa Türkiyəni regionda özünün ən güclü və etibarlı müttəfiqi hesab edir.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.
Məlumata görə, Duda Türkiyə pilotlarının Polşanın hava məkanının mühafizəsində iştirakına görə Prezident Ərdoğana təşəkkür edib.
Polşa dövlətinin başçısının fikrincə, Türkiyə və Polşa NATO çərçivəsində iki ölkə üçün daxili və xarici təhdidlərin qarşısını ala bilər.
Andjey Duda Türkiyə ilə Polşanın uğurlu ticarət-iqtisadi əməkdaşlığı sayəsində qarşılıqlı ticarət dövriyyəsini 10 mlrd. dollara çatdıra biləcəyinə əminliyini ifadə edib.