“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında verdiyi töhfə həlledici olub”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə 9-cu Moskva Konfransında çıxış edərkən bildirib.
“Rus sülhməramlılar bölgədəki sülhə və təhlükəsizliyə etibarlı şəkildə zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazinin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox iş görürlər”, - deyə Putin qeyd edib.