Pentaqon başçısı Lloyd Ostin və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbinin bəyanatında deyilir.
Məlumata görə, tərəflər ABŞ kontingentinin Əfqanıstandan çıxarılması fonunda Kabil hava limanında təhlükəsizliyin təmin edilməsini müzakirə edib.
“Ostin və Amkar təhlükəsizlik problemləri ilə bağlı fikir mübadiləsi aparıblar, Həmid Kərzai adına Beynəlxalq Hava Limanı ilə bağlı razılaşmalara dair bundan sonra da birlikdə işləməyə razılıq veriblər”, - Kirbi qeyd edib.