Avropa Komissiyası Ukraynaya və ukraynalı qaçqınları qəbul edən ölkələrə dəstək üçün bir milyard avro ayıracaq.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Lyayen məlumat verib.
O bildirib ki, vəsaitin 600 milyonu Ukraynaya, 400 milyonu isə qaçqınlara kömək edən sərhədyanı dövlətlərə ayrılacaq.
Qeyd edək ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.
Mənbə: Oxu.Az