Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı yanvarın 15-də Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.