• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Şərəf və qürur tarixi – 28 May!

Tarix : 28-05-2019, 11:24 Oxunub : 612 Bölmə :siyaset / ust / manset
Şərəf və qürur tarixi – 28 May!























XX əsr Azərbaycan xalqının tarixində və həyatında həm şanlı qəhrəmanlıq səhifələri ilə, həm də qanlı izlərlə qaldı.

XX əsrin şanlı səhifələrindən biri və birincisi, heç şübhəsiz, müsəlman Şərqində ilk müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və ya Azərbaycan Demokratik Resublikasının (ADR) yaradılması idi.

Çox təəssüflər olsun ki, məmləkətimiz XVIII əsrin sonları – XIX əsrin əvvəllərində xanlıqlara bölündü, parçalandı və bununla da həm şimaldan, həm cənubdan onu udmaq, qapmaq, əzmək, içində əritmək üçün fürsət gözləyənlərə “əla” şans verildi, 1813 və 1828-ci illərdə Azərbaycan xalqının başı üzərindən, onun razılığı olmadan Çar Rusiyası ilə Şah İranı Azərbaycanı ikiyə ayırdı, biri Şimali, biri Cənubi Azərbaycanı ilhaq etdi.

Bununla da Azərbaycan xalqının tarixində ən faciəli, ən qaranlıq, ən zülmət günlərin əsası, başlanğıcı qoyuldu.

Amma Azərbaycan xalqının qabaqcıl, ziyalı, vətənpərvər, maarifpərvər övladları Azərbaycanın işğalı faktı ilə barışmadılar, açıq və gizli şəkildə mübarizə apardılar, dirəniş göstərdilər.

Və XX əsrin əvvəllərində – 1918-ci ilin 28 May günü böyük öndər Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, milli vətənpərvər və maarifçi övladların, oğulların sayəsində Azərbaycan (Şimali Azərbaycan) öz müstəqilliyini elan etdi.

Cümhuriyyət qurucularımızın, qurucu, istiqlalçı babalarımızın sayəsində həmin gün dünyaya yeni – Azərbaycan adlı günəş doğdu, müsəlman Şərqində ilk hürr, müstəqil Azərbaycanın əsası, bünövrəsi qoyuldu...

Bu, özü ilə bərabər bir çox ilklərin əsasını qoydu, davamını gətirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra müsəlman aləmində ilk müstəqil ordunun formalaşdırılmasına başlanıldı, 26 iyun 1918-ci il ilk müstəqil Azərbaycan ordusunun yaranması günü kimi həm Azərbaycanın özünün, həm də müsəlman Şərqinin tarixinə qızıl hərflərlə həkk olundu.

İlk müstəqil-demokratik parlamentin formalaşdırılması, parlamentarizmin əsası məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə baş verdi.

1918-ci ilin dekabrın 7-də müsəlman Şərqində ilk parlamentin –Azərbaycan Parlamentinin yaranması günü kimi tarixə düşdü. Çox əlamətdar və qürurverici hal odur ki, bir çox qabaqcıl, inkişaf etmiş, demokratiyanın beşiyi və mərkəzlərindən sayılan Avropa, Qərb ölkələrindən fərqli olaraq, Azərbaycan dövləti, Azərbaycan Parlamenti qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkələrdən biri oldu...

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu coğrafiyada, şərq-müsəlman aləmində ilk dünyəvi ali təhsil ocağının – Bakı Dövlət Universitetinin (BDU) əsası qoyuldu və bu ilin sentyabrında bu elm-təhsil məbədinin 100 yaşı tamam olur.

İlklərin sayını bir qədər də artırmaq olar, ancaq bunlar o dövrün mənzərəsini, yaşantılarını təsvir etmək, göz önündə canlandırmaq üçün hər halda yetərli sayıla bilər.

Çox təəssüflər olsun ki, bu müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi, cəmi 23 ay oldu.

Azərbaycanın müstəqilliyini, inkişafını istəməyən, həzm edə bilməyən qüvvələr, Çar Rusiyasından mahiyyətcə fərqlənməyən və ondan daha qəddar olan bolşeviklər Rusiyası, həmçinin, onun bu regiondakı vassalları, buyruq qulları olan erməni daşnakları və yerli satqın, xəyanətkar qüvvələrin – həmid sultanovların, əliheydər qarayevlərin, ayna sultanovaların, çingiz ildırımların, qəzənfər musabəyovların əli ilə ilk müstəqil cümhuriyyətin varlığına son qoyuldu.

28 Maydan başlanan şərəfli, şanlı və qürurlu yol 28 apreldə dayandı, yarımçıq qaldı, Azərbaycan adlı günəş qaranlığa, zülmətə qərq edildi. Amma bu yol, bu tarix öz şərəfi, öz əzəməti və möhtəşəmliyi ilə yaddaşlarda, hafizələrdə, qəlblərin ən dərin guşələrində iz buraxdı, taxt ucaltdı.

Azərbaycan xalqının, Azərbaycan türklərinin 28 May azadlıq yanğısını söndürmək kimsəyə qismət olmadı.

Bu azadlıq yanğısı, azadlıq eşqi 1988-ci ilin Qarabağ hadisələri ilə ikinci milli azadlıq mübarizəsinin, istiqlal savaşının başlanmasına təkan verdi və 1991-ci ilin avqustun 30-da XX əsrdə Azərbaycan tarixində ikinci müstəqil cümhuriyyətin bünövrəsi qoyuldu, Azərbaycan Ali Sovetinin qəbul etdiyi Müstəqillik Bəyannaməsi ilə 71 ildən sonra dünya ikinci müstəqil Azərbaycana şahidlik etdi.

Böyük öndərimizin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz və enmədi...

101 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin 28 yaşlı ikinci müstəqil Azərbaycan adlı övladı bu gün nəinki yerləşdiyi regionun, dünyanın əsas söz və nüfuz sahiblərindən biri kimi hər gün imzalar içində imzasını tanıtdırmaqdadır.

Yaşasın 101 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti, Cümhuriyyət qurucuları, yaşasın 28 yaşlı ikinci müstəqil Azərbaycan dövləti!

Oxu.Az
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Əbədi və ölməz Heydər Əliyev dühası

    Əbədi və ölməz Heydər Əliyev dühası ...

    3-05-2019, 19:08

  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə İşgəncələrə Qarşı Azərbaycan Komitəsində tədbir keçirilib.

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ...

    28-05-2018, 19:16

  • AXC-nin 100 illiyi San Dieqoda qeyd olunacaq

    AXC-nin 100 illiyi San Dieqoda qeyd olunacaq ...

    26-05-2018, 10:40

  • ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO

    ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin ...

    26-05-2018, 10:21

  • Türkiyə qardaş Azərbaycan xalqının kədərini bölüşür – BƏYANAT

    Türkiyə qardaş Azərbaycan xalqının kədərini ...

    26-02-2018, 10:19



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Paytaxtda dava zamanı bir nəfər bıçaqlanıb

    Paytaxtda dava zamanı bir nəfər bıçaqlanıb

  • Bakıda 25 yaşlı piyadanı avtomobil vurub

    Bakıda 25 yaşlı piyadanı avtomobil vurub

  • Finlandiyalı iş adamına dünyanın ən yüksək yol hərəkəti cəriməsi yazılıb

    Finlandiyalı iş adamına dünyanın ən yüksək yol hərəkəti cəriməsi yazılıb

  • Bakıda iki qonşunun davası zamanı hadisə şahidi bıçaqlanıb

    Bakıda iki qonşunun davası zamanı hadisə şahidi bıçaqlanıb

  • “Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib

    “Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib

  • 82 yaşlı almaniyalı təqaüdünün az olduğunu əsas gətirərək narkotik ticarəti ilə məşğul olub

    82 yaşlı almaniyalı təqaüdünün az olduğunu əsas gətirərək narkotik ticarəti ilə məşğul olub

  • Qaribaşvili Zelenski ilə niyə görüşmədiyinin səbəbini açıqlayıb

    Qaribaşvili Zelenski ilə niyə görüşmədiyinin səbəbini açıqlayıb

  • “Taliban” uşaqların kömür mədənlərində işləməsini qadağan edib

    “Taliban” uşaqların kömür mədənlərində işləməsini qadağan edib

  • Finlandiya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən qovur

    Finlandiya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən qovur

  • Dünyanın ən qədim qəbri tapıldı

    Dünyanın ən qədim qəbri tapıldı

  • ABŞ Kino Aktyorları Gildiyası tətil edəcək

    ABŞ Kino Aktyorları Gildiyası tətil edəcək

  • Əfqanıstanda qadınlardan sonra indi də kişilərə qadağalar tətbiq edildi

    Əfqanıstanda qadınlardan sonra indi də kişilərə qadağalar tətbiq edildi

  • “Philip Morris”in rəhbəri dünyada siqaretə qadağa qoyulması üçün tarix təyin etməyin zəruriliyini açıqladı

    “Philip Morris”in rəhbəri dünyada siqaretə qadağa qoyulması üçün tarix təyin etməyin zəruriliyini açıqladı

  • Ən asan və ən çətin Şengen vizası verən Avropa ölkələri hansılardır?

    Ən asan və ən çətin Şengen vizası verən Avropa ölkələri hansılardır?

  • Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”

    Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”

  • YAŞAR ŞİRVANİ – 65

    YAŞAR ŞİRVANİ – 65

    © Copyright 2019, Bütün hüquqlar qorunur!