• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan xalqının Qurtuluş Günü

Tarix : 15-06-2019, 10:37 Oxunub : 385 Bölmə :siyaset / ust / manset
Azərbaycan xalqının Qurtuluş Günü
























Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı.

Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Azərbaycan xalqı böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.


Oxu.Az
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

    15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür ...

    14-06-2019, 10:35

  • HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

    HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ...

    9-05-2019, 18:30

  • Azərbaycanın dövlət müstəqilliyi əbədidir

    Azərbaycanın dövlət müstəqilliyi əbədidir ...

    22-10-2018, 20:26

  • Sabahdan beş günlük tətil başlayır

    Sabahdan beş günlük tətil başlayır ...

    14-06-2018, 09:17

  • 15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜ  Milli Qurtuluşumuzun zəfər yürüşü

    15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜ Milli ...

    12-06-2018, 19:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

    Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!