ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş baş tutub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində bildirib.
O, qeyd edib ki, görüş Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferin (ABŞ) vasitəçiliyi ilə keçirilir.