Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov vəzifəsindən azad edilib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
***
Dövlət başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.