Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.