Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp “Twitter” hesabında 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbərinə görə, paylaşımda deyilir:
“2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”.