İqtisadçı deputat Vüqar Bayramov Minatəmizləmə Agentliyinin (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə xüsusi güzəştlərdən istifadə hüququnun verilməsini təklif edib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, V. Bayramovun sözlərinə görə, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsi məqəsədəuyğundur: “Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı faizli kreditlərlə ev almasına imkan yarada bilər.
İkincisi, Əmək pensiyaları haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edirik. İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuğun olardı.