Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Babək prospektində yolu keçən 1981-ci il təvəllüdlü Aslanov Nəsimi Nağı oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır. Mənbə: Oxu.Az