Macarıstanın Baş naziri Viktor Orban hakim alyansın parlament seçkilərində qalib gəldiyini elan edib. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Bundan əvvəl Milli Seçki Bürosu (NVI) bülletenlərin 53,19%-nin sayılmasının nəticələrinə əsasən bildirib ki, hakim “Fides” - Xristian Demokratik Xalq Partiyası alyansı 67,34 % səslə öndədir. Peter Marki-Zayın rəhbərlik etdiyi müxalifət koalisiyası isə 29,15 % səs toplayıb.
Əgər bu fərq davam edərsə, “Fides”- Xristian Demokratik Xalq Partiyası alyansı parlamentdə 134 yer, rəqibləri isə 56 yer qazanacaq.
Mənbə: Oxu.Az